Manşet

Türkiyədən Azərbaycana gələn nümayəndə heyəti Türk Şəhidliyini ziyarət edib

Türkiyədən Azərbaycana gələn nümayəndə heyəti Türk Şəhidliyini ziyarət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyədən Azərbaycana gələn nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Diasporpress.az xəbər verir ki, “Köklü Geçmiş, Güçlü Gelecek: Türkiye Azerbaycan İlişkilerinin Dünü ve Geleceği” adlı simpoziumun iştirakçıları Şəhidlər Xiyabanında və Türk Şəhidliyində olub.

Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üzərinə gül dəstələri qoyub, xatirələrinə ehtiram ifadə ediblər.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Ermənistan sərhədində düşmən ölkənin təxribatı nəticəsində baş verən hadisələrin də müzakirə olunacağı “Köklü Geçmiş, Güçlü Gelecek: Türkiye Azerbaycan İlişkilerinin Dünü ve Geleceği” adlı simpozium keçiriləcək. Tədbirdə iştirak etmək üçün qardaş Türkiyədən böyük nümayəndə heyəti gəlib.