Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası (ATTDF) ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanatını hiddətlə qınayıb.
Federasiyanın sədri İsa Ambarcı bildirib ki, təmsil etdikləri qurum üçün Baydenin soyqırım açıqlamasının heç bir hökmü yoxdur. Qeyd edib ki, erməni xəyanət şəbəkələrinin Türkiyə qolunu təmsil edən PKK-nın siyasi qolu HDP-nin də soyqırım yalanına qoşulması saxta iddianın siyasi və hüquqi qərar mərhələsinə gətiriləcəyinə işarədir. “Türk millətinə soyqırımçı deyən bir təşkilatın siyasətdə və Qazi məclisində yeri olmadığı qənaətindəyik. Məclisimizin 1915-ci ili soyqırımı olaraq tanıyanların məhkəməyə cəlb olunması barədə dərhal qərar verməsi vacibdir”.
Hər fürsətdə barışdan, haqdan, insan hüquqlarından, ədalətdən bəhs edənlərin bu bölücü terror təşkilatının məclisdəki ayağını müdafiə edən siyasətçilərdən və millətin düşmənlərindən hesab soruşulmasına çağırış edilib.
DİASPORPRESS.AZ