İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 114-ə çatıb.
Diasporpress.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb. Açıqlamaya görə, zəlzələdə 1035 nəfər yaralanıb ki, onlardan 137-nin müalicəsi hələ də davam edir. Hadisədən sonra bölgədə 45-i 4 baldan yuxarı olmaqla cəmi 1713 yeraltı təkan qeydə alınıb.
Bildirək ki, İzmirdəki 17 binadan 15-də axtarış-xilasetmə işləri başa çatıb, 2 binada isə işlər davam edir.
Diasporpress.az