Türkiyədə 30 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
DiasporPress.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası paytaxt Ankarada qeydə alınıb.
Ankaranın Çankaya bələdiyyəsinə məxsus xidməti avtobus yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.
DiasporPress.az