Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu sahillərində qanunsuz miqrantları daşıyan gəmi batıb.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, göyərtədə olan 35 nəfərdən 33-nün həyatını xilas etmək mümkün olub.
Hadisə nəticəsində bir uşaq ölüb. Başqa bir azyaşlı isə sulara qərq olduğundan onun axtarışları istiqamətində tədbirlər görülür.
DiasporPress.az