Türkiyənin Hatay şəhərində mərmi istehsalı müəssisəsi fəaliyyətə başlayacaq.
Diasporpress.az xəbər verir ki, müəssisənin rəhbəri və investoru Türkiyənin müdafiə sənayesi sahəsində tanınmış məşhur iş adamları Serdar və İhsan Özyurtlardır.
İş adamının rəhbərliyi və investorluğu ilə ərsəyə gələn müəssisədə 1000 nəfərin işləyəcəyi nəzərdə tutulub.
50 milyon dollar sərmayə ilə fəaliyyətə başlayacaq fabrik Türkiyənin ən böyük sursat müəssisəsi olacaq.
Avropa, ABŞ və Yaxın Şərq ölkələrinin səbirsizliklə gözlədiyi bu layihənin bir il ərzində istehsala başlayacağı gözlənilir.