Türkiyə Xarici İşlər Nazirliyi erməni terror hücumlarında şəhid olan 31 türkiyəli diplomatı anıb.
Nazirlik “Twitter” hesabında bununla bağlı paylaşım edib.
“Yalanlar nəinki tarixi təhrif edir, günahsız canları da alır. Erməni terroru ilə şəhid olan həmkarlarımızı unutmadıq və unutmayacağıq! Rahat yatsınlar, heç bir yalana və zülmə tabe olmayacağıq”, – deyə paylaşımda qeyd edilir.
Diasporpress.az