Dünya

Türkiyə XİN “erməni soyqırımı”nı tanıyan Latviyanı qınadı – FOTO

Türkiyə XİN “erməni soyqırımı”nı tanıyan Latviyanı qınadı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “erməni soyqırımı”nı tanıyan Latviyanı qınayıb.

Bu barədə qurumun saytında bəyanat yayımlanıb.

“Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən yazılması üçün boş bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq. Parlamentlər tarix yazmaq və mühakimə etmək üçün yer deyil”, – deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, 1915-ci il hadisələri ilə əlaqədar olaraq beynəlxalq hüquqa görə müəyyən edilmiş “soyqırım” ifadəsi üçün tələb olunan şərtlərin heç biri mövcud deyil.

“Bu qərar Latviyanın istilasının 80-ci ildönümü münasibətilə öz tarixindəki hadisələrlə əlaqədar verdiyi, tarixi hadisələrə vicdanlı və ədalətli yanaşmanın beynəlxalq münasibətlər üçün bir şərt olduğunu söylədiyi fikirlə ziddiyyət və bu kontekstdə ikili standart təşkil edir”, – deyə vurğulanır.

Türkiyə XİN Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə bu səhv addımdan geri dönməyə və bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc yanaşı yaşamaq praktikasını qurma səylərini dəstəkləməyə dəvət edib.

 

 

Diasporpress.az