Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Diasporpress.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Bildirilib ki, nazirlər Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirməyə hazırlaşdığı anti-terror əməliyyatını müzakirə ediblər.
Qeyd edək ki, oktyabrın 7-də S.Lavrov İraqın şimalında səfərdə olub, ora kürd yerli hökumətin başçıları ilə Suriyadakı vəziyyəti müzakirə edib.
DiasporPress.az