Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin maliyyə zəmanətləri və çatdırılma mexanizmləri üzərində danışıqlar aparıblar.
DiasporPress.az-ın xəbərinə görə, bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev məlumat verib.
Lakin o, danışıqların təfərrüatını açıqlamayıb.
Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev isə deyib ki, Soçidə Rusiya və Türkiyə prezidentləri arasında keçirilən sonuncu görüşdə “S-400” sistemlərinin tədarükü ilə bağlı yeni bir razılaşma üçün heç bir variant nəzərdən keçirilməyib.
Qeyd edək ki, bu ilin iyun ayında Türkiyəyə “S-400” sistemlərinin birinci partiyası gətirilib. Bundan sonra ABŞ Türkiyəyə F-35 qırıcılarının təchizatını dayandırıb.
Bu ilin avqustunda isə “S-400” sistemlərinin ikinci batareyasının Türkiyəyə gətirilməsinə başlanılıb.
DiasporPress.az