Diaspor

Türkiyə və Azərbaycanın diaspor qurumları işlərini daha da gücləndirməlidir

Türkiyə və Azərbaycanın diaspor qurumları işlərini daha da gücləndirməlidirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türklərlə təşkilatlanmanı yüksək səviyyəyə qaldırmaq lazımdır ki, xarici  ölkələrdə siyasi qurumlara və mediaya təsir çox olsun”.

Bunu Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə xaricdə yaşayan azərbaycanlılarla türklərin birgə fəaliyyətləri barədə danışarkən deyib.

O, daha güclü diaspor təşkilatları formalaşdırmağın zəruriliyini qeyd edib:

“Bu çox böyük işdir. Bu istiqamətdə zəruri addımlar atılmalıdır. Eyni zamanda, Türkiyə və Azərbaycanın diasporla məşğul olan qurumları öz fəaliyyətlərini gücləndirməlidir.

Ümidvaram ki, Avropa Birliyi ölkələrində, Amerika Birləşmiş Ştatları və dünyanın digər ölkələrində güclü diaspor var. Lakin daha ciddi addımlar atılmalıdır ki, təşkilatlanma güclənsin, ictimai fikir formalaşsın. Böyük işlər hələ qabaqdadır”.

Diasporpress.az