2021-ci il aprelin 1-dən Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət başlayır.
Bu barədə Türkiyə Baş Polis İdarəsinin “Twitter” hesabında qeyd edilir.
“İki dövlət – bir millət! Türkiyə və Azərbaycan artıq daha yaxındır. İki ölkə vətəndaşları 1 aprel 2021-ci il tarixindən etibarən qarşılıqlı səfərlərdə yeni şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırılıb”, – deyə bildirilir.
Diasporpress.az