Ölkə

Türkiyə sülhməramlıları Rusiyadan gələnlərdən az olmayacaq

Türkiyə sülhməramlıları Rusiyadan gələnlərdən az olmayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Rusiya arasında Qarabağ mövzusunda əməkdaşlıq bir neçə həftə əvvəl konkret konturlar əldə etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kremlin də dəstəklədiyi Dağlıq Qarabağla bağlı işçi qrupunun yaradılması təklifi barədə məlumat verildi.

Türkiyəli politoloq Engin Özer verdiyi müsahibədə mövcud durumu qiymətləndirib.

– Əvvəla mən Azərbaycan xalqını böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Şuşa şəhərinin azad edilməsi və Qarabağdakı vəziyyətin nizama salınması üzrə sazişin imzalanması böyük bir nailiyyətdir. Biz Qarabağın Azərbaycanın tərkibinə qayıdacağını bilirdik! Biz əvvəl deyirdik ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Ancaq indi hər türk hiss edir ki, biz bir xalq və bir dövlətik. Mental olaraq birləşmişik. Bu gün hər türk – azərbaycanlıdır.

Ankara-Moskva formatı bəzi ziddiyyətlərə baxmayaraq real oldu. Hər iki ölkə ABŞ və Fransa da daxil, xarici qüvvələrin Yaxın Şərq və Qafqazdakı vəziyyətə müdaxiləsinin əleyhinədir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin problemlərin regional ölkələrin vasitəsi ilə həll edilməsində maraqlıdırlar, onsuz da ATƏT-in Minsk qrupu işləmir.

Türk müşahidəçilər haqqında nə düşünürsünüz? Türk hərbi kontingent bizim regionumuza nə zaman gələcək?

Düşünürəm ki, Ermənistandakı gözlənilməz situasiyalar nəzərə alınaraq təfərrüatlar barədə indi bilərəkdən danışılmır. Erməni tərəfi qıcıqlanır. Rus sülhməramlıları artıq daxil olur, türklərə gəlincə, bu bir neçə günə məlum olacaq. Amma Türkiyədən olan müşahidəçilər və sülhməramlılar Rusiyadan gələnlərdən az olmayacaq. Yəni, təxminən 2 min nəfərlik kontingentdən danışırıq.

 

Diasporpress.az