Dünya

Türkiyə Müdafiə Sənayesi nazirindən ABŞ-ın sanksiyalarına REAKSİYA: “Zəiflik yaratmayacaq”

Türkiyə Müdafiə Sənayesi nazirindən ABŞ-ın sanksiyalarına REAKSİYA: “Zəiflik yaratmayacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Türkiyə Prezident Aparatının Müdafiə Sənayesi naziri İsmail Dəmir ABŞ-ın S-400 alışına görə ölkəsinə sanksiya tətbiq etməsinə münasibət bildirib.

O, ABŞ-ın sanksiya qərarının ölkədə dörd nəfərə və bir quruma qarşı olduğunu deyib.

“Milli Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrimiz bundan təsirlənəcək vəziyyətdə deyil. Layihələrimiz, ümumiyyətlə, müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçirilir və bunların heç biri sanksiyaya məruz qalmır. Narahatlığa səbəb yoxdur”.

O qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi alış-veriş edən bir qurum deyil, onun məqsədi prioritet layihələr hazırlamaq və onları həyata keçirməkdir. Müdafiə Sənayesi Başçılığının birbaşa aldığı və idxal etdiyi layihələr, demək olar ki, yoxdur:

“ABŞ-ın sanksiya qərarının zəiflik yaradacağını düşünmürəm. Qanunla verilən qərar müttəfiqlik ruhuna uyğun deyil. Maddi ehtiyacımız yoxdur, bu günə qədər olmayıb.

Türkiyə ölkəmizin prezidentinin mövqeyi ilə əmr alan bir ölkə olmadığını göstərdi, bu da bir embarqo mexanizmini işə saldı”.

 

Diasporpress.az