Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Diasporpress.az xəbər verir ki, nazirliyin tvitter səhifəsində yerləşdirilən paylaşımda bildirilib:
“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni quldurları tərəfindən soyqırımına məruz qalan Azərbaycan türkü qardaşlarımızı rəhmətlə yad edir, Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük”.
Diasporpress.az