Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.
DiasporPress.az xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının koordinatoru Tacettin Doğan “Twitter” hesabında paylaşım edib.
67 yaşlı mütəxəssis AVRO-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı Azərbaycana səfər edib. O, Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.
DiasporPress.az