Türkiyə İŞİD terror qruplaşmasının ələ keçirilmiş döyüşçülərini öz dövlətlərinə geri qaytarmağa başlayıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Çataklı deyib:
“Prosedurları tamamlanan İŞİD və ABŞ terrorçuları Türkiyədən göndərilib. Almaniyalı yeddi hərbçi isə noyabrın 14-ü göndəriləcək”, – deyə Çataklı əlavə edib.
Daha əvvəl Türkiyə DİN-in başçısı Süleyman Soylu rəsmi Ankaranın əsir götürülmüş İŞİD hərbçilərinin bazar ertəsindən etibarən öz ölkələrinə geri qaytırılacağını bildirmişdi.
DiasporPress.az