1,5 ildir beynəlxalq hərbi əməliyyata çevrilməsi üçün fəaliyyəti aparılan “Aralıq dənizi Qalxan Hərəkatı”nın hərbi təliminin ilk iştirakçısı Pakistan dövləti olacaq.
DiasporPress.az xəbər verir ki, hazırda “Şərqi Aralıq dənizi – 2019” sınaqlarında iştirak edən Pakistan xüsusi təyinatlıları təlimdən sonra “Aralıq dənizi Qalxan Hərəkatı”na qatılacaq.
Türkiyənin Şərqi Aralıq dənizində təhlükəsizliyi təmin etmək məqsədilə 2016-cı ildən başlatdığı təlimləri şəxsi imkanları hesabına həyata keçirir.
Təlimlərin beynəlxalq miqyasda tanınması Azərbaycan, Albaniya, Əlcəzair ,Gürcüstan, Liviya, Livan, Pakistan, Tunis və İordaniyanın hərbi hərəkatlara qoşulmaları nəticəsində əldə olunub.
DiasporPress.az