Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir “TCG Anadolu”nun dünyada silahlı insansız hava aparatları (SİHA) ilə təchiz olunan ilk gəmi olacağını açıqlayıb.
DİASPORPRESS.AZ xəbər verir ki, “AV-8B Harrier” döyüş təyyarələrinin “TCG Anadolu”da yerləşdirilməyəcəyini ifadə edən nazir, bu gəminin hazırlanması zamanı çox təcrübə qazandıqlarını söyləyib.
İ.Dəmirin sözlərinə görə, “L-400”dən qazandıqları təcrübə ilə daha böyük bir təyyarə gəmisi hazırlamaq mümkün olacaq.
“Çox məqsədli “Amfibiya Hücum Gəmisi TCG Anadolu”’nu inventarımıza əlavə etdikdə, Türk Donanması daha da güclənəcək. Pandemiya mühiti layihəyə bir az təsir etdi, planlaşdırılan tarix 2022-ci ilin sonu idi. Lakin cənab Prezident bu tarixi gəmiqayırma zavodu ilə danışıqlar apararaq önə çəkdi. Pandemiyaya baxmayaraq, önə çəkilən tarix üçün işləri çatdırmağa çalışırıq. 2021-ci ilin sonuna qədər “TCG Anadolu”nu inventara daxil etməyə çalışacağıq. “Harriers” çox köhnə bir dizayndır və açığı, onunla maraqlanmırıq”, – türk nazir qeyd edib.
DİASPORpress.az