Diaspor

Türk iş adamları Qarabağa sərmayə yatıracaq: bu sahələr prioritetdir – VİDEOŞƏRH

Türk iş adamları Qarabağa sərmayə yatıracaq: bu sahələr prioritetdir – VİDEOŞƏRHbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsinin ardından bu ərazilərdə infrastrukturun qurulması, həyat şəraitinin yaradılması və bölgənin iqtisadi inkişafına nail olunması əsas hədəflərdən birinə çevrilib. İlkin olaraq Ermənistanın hərbi təcavüzü və destruktiv siyasəti nəticəsində dəymiş ziyan müəyyənləşdirilməli, həmin ərazilərin təhlükəsizliyi təmin olunmalı və post-konflikt dövründə bir çox sahələrin bərpa prosesi prioritetləşdirilməlidir.

Elə bu səbəbdən də torpaqlarımızın dirçəldilməsi və iqtisadi canlanma üçün bir sıra önəmli layihələr hazırlanır. Sonrakı mərhələdə dövlət qurumları ilə bərabər özəl sektorun da bölgəyə cəlb olunması və sərmayə qoyuluşları ilə iqtisadi inkişafda iştirakı xüsusi önəm kəsb edir.

Türk iş adamları da Qarabağa investisiyaların yatırılmasında və burada biznesin qurulmasında maraqlı tərəflərdən biridir. Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin sədri Cemal Yangın“MediaPost”a müsahibəsində türk iş adamlarının işğaldan azad olunan ərazilərimizə yatırımlar etməyə hər an hazır olduğunu deyib.

O bildirib ki, ilkin mərhələdə burada kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi üçün əlverişli şərait var. Eləcə də, burada müxtəlif sənaye sahələrinin inkişafı üçün hələ illər öncədən layihələr hazırlanıb.

Daha ətraflı videoda: