Ölkə

Türk Dövlətləri Qadın Birliyi Təşkilatının təsis konfransı – FOTO

Türk Dövlətləri Qadın Birliyi Təşkilatının təsis konfransı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva 26 iyun 2023-cü il tarixində Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Qadın Birliyi Təşkilatının (TDKT) təsis konfransında iştirak və çıxış etmişdir.

Bu barədə Monitorinq Mərkəzindən məlumat verilib.

Prof.Sevinc Əliyeva çıxışında türk qadınının cəmiyyətdəki mövqeyindən, elmin inkişafına verdiyi fundamental töhfələrdən, vətəninə və soykökünə sadiq nəslin yetişməsində qadının özünəməxsus rolundan danışmış, tarixin müxtəlif dövrlərində dövlət quruculuğunda türk qadınının iştirakını xüsusi vurğulamışdır.