ABŞ prezidenti Donald Tramp nitqində səhv buraxaraq Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyanın prezidenti kimi qələmə verib.
Bu haqda CNN-nin jurnalisti Deniel Deyl özünün “Twitter” səhifəsində yazıb.
Jurnalistlərin suallarına cavab verən Tramp Zelenski ilə qalmaqallı telefon danışığına toxunub.
“Mən Şiffin məruzəsini tənqid etdim. Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir. O öz bəyanatını verdi. Orada ona heç bir təpki olmadı”, – deyə Tramp vurğulayıb.
Ağ Ev prezidentin çıxışını olduğu kimi, düzəlişsiz dərc edib.
DiasporPress.az