Dünya

Tramp Suriya neftini oğurlamaqda ittiham edilir

ABŞ dövlət başçısı Donald Tramp Suriya neftini oğurlamaqda ittiham edilir. 

Tramp Suriya neftini oğurlamaqda ittiham edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət başçısı Donald Tramp Suriya neftini oğurlamaqda ittiham edilir.

“Donald Trampın Suriyadakı məqsədi yalnız Suriya xalqına məxsus neft qurğularını ələ keçirməkdir”, – deyə konqres üzvü, 2020-ci il seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizədliyini verəcək Tulsi Qabbard bildirib.

O, ABŞ ordusunun vəzifəsinin insanların və ABŞ-ın milli təhlükəsizliyini təmin etmək olduğunu xatırladaraq Trampın bu kursa xəyanət etdiyini deyib.

“Suriya xalqı yaşamaq və həyat qurmağa başlamaq üçün ehtiyac duyduğu əsas qaynaq və enerji mənbəyindən məhrumdur. Bu, Suriyadakı rejim dəyişikliyi adı ilə başlamamalı olan və indi də bitməyən müharibənin taktikasına nümunədir”.

Qeyd edək ki, Rusiya da bunu dəfələrlə bəyan edib:

“Amerikalılar tərəfindən Suriyanın təbii sərvətlərinin istismarı mövcud qanunla da əsaslandırıla bilməz”.

 

DiasporPress.az