ABŞ Prezidenti Donald Tramp ölkənin Milli Kəşfiyyatının rəhbəri vəzifəsinə namizədini irəli sürüb.
Bu barədə dövlət başçısı özünün “Twitter” səhifəsində yazıb.
“Milli Kəşfiyyatın direktoru vəzifəsinə konqresmen Con Retkliff təyin olunmalıdır”, – deyə Prezident yazıb.
D.Tramp, həmçinin Retkliffi “böyük istedada malik görkəmli insan” adlandırıb.
Qeyd edək ki, əvvəllər Milli Kəşfiyyatın direktoru vəzifəsini ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell icra edirdi.
DiasporPress.az