Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Görülən bu tədbirlərə baxmayaraq, bəzi sahibkarlar fəaliyyətlərini davam etdirməyə çalışırlar.
Polis əməkdaşları rayonun müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlib.
Reyd zamanı çay evi, gözəllik salonu, kafe aşkarlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
Diasporpress.az