Tovuz rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
DiasporPress.az-ın məlumatına görə, oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq oradan 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini Ayaz Qasımov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar aparılır.
DiasporPress.az