Azərbaycan Fransa mədəniyyət assosiasiasının sədri, Nant Qarabağ məktəbinin layihə rəhbəri Toğrul Zeynalov deyir ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasının əhəmiyyəti böyükdür:
“Məsələnin mahiyyətinə baxanda bu Fondun zərurətdən yarandığını görmək olar. Dünyanın istənilən ölkəsində yaşayan hər azərbaycanlı Qarabağı öz yurdu özünün evi hesab etməlidir. Necə ki, müharibə dövrü millət olaraq dünyaya həmrəylik nümayiş etdirdik.
Hesab edirəm ki, “Qarabağ Dirçəliş Fondu” vasitəsilə bunu davam etdirə bilərik. Həmcinin hər kəs anlamalıdır ki,olkəmiz müharibədən çıxmış dövlətdir. Hər bir müharibəyə böyük maliyyələr tələb olunur əlavə olaraq qeyd edim ki, dünyada bir pandemiya bəlası tüğyan edir və dövlətin yükünü azaltmaq lazımdır. Hər birimiz bu işdə aktiv olmalıyıq. Biz də Azərbaycan Fransa Kültürəl Assosiasiyası olaraq bu işlərlə bağlı tədbirlər planı hazırlayırıq. Yaxın günlərdə bu barədə geniş ictimaiyyətə məlumat verəcəyik”.