Ölkə

Toğrul Allahverdili: “Qüdsi müəllim bizim forum üçün bizdən daha çox çalışdı”

Toğrul Allahverdili: “Qüdsi müəllim bizim forum üçün bizdən daha çox çalışdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Moldova Respublikasına səfəri ilə bağlı təsərrüatlarını bölüşüb.

Diasporpress.az xəbər verir ki, o səfər barəsində bunları deyib:

“2023-cü ilə Moldova ilə başladıq. “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu çərçivəsində Kişinyova yola düşdük.

Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunan “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu çərçivəsində Moldova Parlamentində Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jako və deputat həmkarları, Moldova Nazirlər Kabinetində Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Türkiyənin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Uygar Mustafa Sertel, Moldova Dövlət Universiteti və Moldova Texnik Universitetinin rektorları, Moldova Azərbaycanlılar Konqressinin sədri Elçin Bayramov ilə bir araya gəldik.

Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlax ilə bir araya gəlib, Türk Dünyasından danışdıq.

Gənclər Fondunun dəstəyi ilə gerçəkləşdirdiyimiz Forum və Sərgi gözlədiyimizin də fövqündə oldu. Moldova Milli Tarix Muzeyində moldovalı və azərbaycanlı gənclər ayaqda izlədilər forumu.

Və sona qədər də kimsə zalı tərk etmədi.

Mən belə bir möhtəşəm tədbir və səfər üçün ilk növbədə Moldovadakı fövqəladə və səlahiyyətli səfirimiz Qüdsi Osmanova buradan bir daha təşəkkür etmək istəyirəm. Açığı, cənab səfirin Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunan Forumun ən yüksək səviyyədə baş tutması üçün göstərdiyi fəaliyyəti, can yandırmasını vəsf etmək üçün söz tapmaqda acizəm. Qüdsi müəllim bizim forum üçün bizdən daha çox çalışdı.

Bu Forumun gerçəkləşməsində xidmətləri olan bütün qurum və şəxslərə, Azərbaycan Gənclər Fonduna, şəxsən Fərid Cəfərova, Səfirimiz Qüdsi Osmanov başda olmaqla Azərbaycanın Moldova Səfirliyinin əməkdaşlarına və dəstək olan bütün soydaşlarımıza təşəkkür edirəm”.