Ölkə

Toğrul Allahverdili: “Azərbaycan QHT-ləri regional müstəvidə təsirli aktor kimi çıxış edir” – VİDEO

Toğrul Allahverdili: “Azərbaycan QHT-ləri regional müstəvidə təsirli aktor kimi çıxış edir” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tam səmimiyyətlə deməliyəm ki, son vaxtlar Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri ciddi beynəlxalq rezonans doğurur, onlarla beynəlxalq təşkilatlar və xarici ölkə QHT-si tərəfindən bu təşəbbüslərə reaksiyalar, dəstək mesajları gəlir, bir sözlə, Azərbaycan QHT-ləri dünyaya açılır”.

Bunu İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bu il iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə vətəndaş cəmiyyətinin təşəbbüslərini xüsusi qabartması əslində, QHT sektorunda yaranan canlanmaya dövlət başçısının verdiyi dəyərin göstəricisidir:

“Laçın-Xankəndi yolunda keçirdiyimiz uzunmüddətli aksiya Azərbaycan QHT-ləri artıq regional müstəvidə də təsirli aktorlardan olduğunu dünyaya nümayiş etdirdi.

QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsi mexanizimində yol verilən nöqsan və ya çatışmamazlıqlar Azərbaycanın dövlət maraqlarının arxa plana atılmasına səbəb ola bilməz. Nə olursa olsun milli maraqlarımıza xələl gətirilməməlidir”.

Mövzunun aktuallığını nəzərə alaraq QHT sədrinin mövzuyla bağlı REAL TV-yə verdiyi müsahibəni təqdim edirik: