Çinin Hubey əyalətində yeni növ koronavirusa yoluxanların sayı 48,2 min nəfərə çatıb.
“RİA Novosti” xəbər verir ki, ötən gün ərzində bu bölgədə daha 14 480 nəfər xəstəliyə yoluxub.
Hal-hazırda yerli xəstəxanalarda 33 min nəfər müalicə alır.
Qeyd etmək lazımdır ki, indiyədək koronavirusdan 3441 nəfər sağalıb, 1310 nəfər isə onun qurbanı olub.
DiasporPress.az