Tərtər rayonunda körpə doğuş zamanı ölüb.
DiasporPress.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü Axundova İlahə Eldar qızı doğuş məqsədilə gecə saatlarında xəstəxanaya müraciət edib. Doğuş zamanı o, körpəsini itirib.
Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti yaxşdır.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az