Binəqədi Rayon İcra Hakimiyyətində İctimai Şuraya seçkilər keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Seçki Komissiyasının sədri Sevinc Süleymanova İctimai Şuranın əhəmiyyətini vurğulayıb, Şuranın fəaliyyətinin rayonun inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.
Daha sonra Şuraya sədr, sədr müavini, katib və üzvlərin seçilməsi üçün səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini seçilib.
Təranə Paşayeva belə yüksək etimada görə təşəkkürünü bildirib və hər zaman dövlətimizin, Prezidentimizin fəaliyyətini dəstəklədiyini qeyd edib, istər rayonun, istərsə də ölkəmizin hərtərəfli inkişafı üçün İctimai Şuranın əhəmiyyəti barədə öz fikirlərini bölüşüb.