Ölkə

Teleradio Akademiyasında 50 nəfərə sertifikat təqdim olundu – FOTO

Teleradio Akademiyasında 50 nəfərə sertifikat təqdim olundu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Teleradio Akademiyasında növbəti, üçüncü tədris ilinin məzunlarının buraxılışı olub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, üçüncü tədris ilində Akademiyaya 65 dinləyici qəbul olunub, 50-si sertifikatla təltif edilib.

Dinləyicilər müvafiq olaraq aparıcı-müxbir, redaktor, radio redaktoru və aparıcısı, rejissor, montajçı, operator sahəsi üzrə təhsil alıblar.

QSC-nin sədri Rövşən Məmmədov, Akademiyanın rektoru Faiq Hüsiyev məzunların buraxılış mərasimində iştirak ediblər. Dinləyicilərə sertifikatlar təqdim olunub.

Buraxılış mərasimində Azərbaycan Televiziyasının qocaman əməkdaşları iştirak edib. Onlar arasında Xalq artisti Ofelya Sənani, Xalq artisti Eldost Bayram, Əməkdar artist Sevda Ağazadə, həmçinin, tanınmış aparıcı Nərgiz Cəlilova da var.

Məlumat üçün bildirək ki, məzunlara QSC-də təcrübə keçmək imkanı yaradılıb.

Xatırladaq ki, Teleradio Akademiyasının ilk tədris ili ilə bağlı müsabiqə 2019-cu ildə elan edilib.
İlk iki tədris ilində iştirak edən dinləyicilərdən 29-u QSC-də işlə təmin olunub.

 

BÜNYAMİN BÜNYADZADƏ

Diasporpress.az