Ölkə

“Tək Millət, Tək Ürək” Beynəlxalq Hümanitar Patforması çərçivəsində Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər

“Tək Millət, Tək Ürək” Beynəlxalq Hümanitar Patforması çərçivəsində Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri Ucarda millət vəkili Ramil Həsən ilə birlikdə qazi ailələrini ziyarət edib, “For Azerbaijan” təşkilatı adından bayram sovqatlarını həmin ailələrə çatdırıblar.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra rayonda yaşayan 20 qazi ailəsi ziyarət olunub. 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə qazilərə təşəkkür bildirilib, onlara can sağlığı arzulanıb. Prezident cənab  İlham Əliyev tərəfindən şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların önəmi vurğulanıb. Daha sonra Miqrasiya könüllüləri Beynəlxalq ForAzerbaijan Təşkilatı adından Ramazan sovqatını ailələrə təqdim ediblər.

 

 

 

 

Diasporpress.az