“Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Çünki günahsız insanların qətli qəbuledilməzdir. Dünya bu faciə ilə bağlı ədalət səsini ucaltmalıdır”.
Diasporpress.az xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidə “Xocalıya ədalət” adlı sərginin açılış mərasimində çıxışında deyib.
Onun sözlərinə görə, soyqırımına düzgün qiymət verilməli və bir daha təkrarlanmasına yol verilməməlidir.
Nazir bildirib ki, Azərbaycan Vətən müharibəsi ilə ərazi bütövlüyünə qovuşub: “Lakin Xocalıda, müharibə dövründə qətlə yetirilən bütün günahsız qurbanlar unudulmur. Biz Xocalını unutmayacağıq və unutdurmayacağıq”.
E.Əmrullayev Azərbaycanın Qələbəsi ilə regionda yeni reallıq, sülh üçün yaxşı şəraitin yarandığını qeyd edib.