Ölkə

Tbilisidəki Botanika bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilib

Tbilisidəki Botanika bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 28-də “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidəki Botanika bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan aksiya Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, jurnalistlər, mərkəzin müəllim və tələbələri iştirak ediblər.

Mərkəzin sədri Leyla Əmrahova bildirib ki,Nəbatət bağına ağac əkmək onun ən böyük arzularından biri idi. Tələbələrlə ən sıx ziyarət etdikləri yer məhz Azərbaycanın görkəmli şəxsiyyətlərinin panteonudur. Bura bizim qürur və hüzur yerimizdir. Bir çox tarix dərslərimiz elə burada keçirilib.Mərkəzimiz adından burada kiçik bir guşənin olması planımızda var idi.

Bu başlanğıcıdır.Ziyarətçilərin xoş istirahəti üçün şəraitin yaradılmasına dair işlərə başlamışıq.

Mərkəzin icraçı direktoru Rəna Hüseynova qeyd edib ki,ağacəkmə aksiyamız davam edəcək.Bu gün Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunur.Botanika bağı ilə əməkdaşlığımız davam edəcək. Botanika bağının rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.

Bağın direktoru İrine Danelia seçilən palıd ağacının bu məkana uyğun önəm və vacibliyindən danışıb.

Ağacəkmədə “Azərbaycan Evi”nin icraçı direktoru Məhəbbət İmanov, ”Ceyran” rəqs ansamblının rəhbəri Ceyran Qurbanova da iştirak edib.

Milli Məclisin sədr müavini Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə ağacəkmə aksiyasının keçirilməsini yüksək qiymətləndirib.

Daha sonra Adil Əliyev, səfir Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli xan Xoyski, Həsən bəy Ağayev, şair mütəfəkkir Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.