Tbilisidə parlament binası ətrafında polis və etirazçılar arasında qarşıdurma baş verib.
Diasporpress.az xəbər verir ki, polis bir neçə aksiyaçını saxlayıb.
Aksiyada iştirak edən müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Elene Xoştaria bildirib ki, hüquq-mühafizə orqanları bu gün etirazçılara qarşı xüsusi əməliyyat keçirir.
Onun sözlərinə görə, polis 3 etirazçını saxlayıb.
Diasporpress.az