Tanınmış türkiyəli müğənni Tarkan ikinci dəfə ata olmağa hazırlaşır.
Tarkanın həyat yoldaşı Pınar Dilek Tevetoğlun iki aylıq hamilədir. Hələlik cütlük xəbəri hər kəsdən gizlədir.
Tarkan və hamilə həyat yoldaşı bu yaxınlarda dostlarının toylarına qatılmışdılar. Cütlüyün toyda jurnalistlərə açıqlama verməməsi və Pınarın çəki almasının hamiləliklə bağlı olması ortaya çıxıb.
Meqastar toydakı dostlarına ikinci dəfə ata olmaq istəyini bildirib.
Qeyd edək ki, Tarkan və Pınar Tevetoğlu 2016-ci ildə evlənib. Cütlüyün 2018-ci ildə Liya adlı qızları dünyaya gəlib.
DiasporPress.az