Ölkə

Tariximizin daş yaddaşı -qədim abidələrimiz

Tariximizin daş yaddaşı -qədim abidələrimizbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsi və Təlimi” ictimai birliyi tərəfindən Gədəbəyin tarixi keçmişini əhatə edən “Tariximizin daş yaddaşı -qədim abidələrimiz” adlı maraqlı bir layihə həyata keçirilib.

Diasporpress.az-ın məlumatına görə, layihə çərçivəsində tariximizin daş yaddaşı olan qədim abidələrimizin müasir gəncliyimizə tanıdılması və təbliği məqsədilə Gədəbəy rayonunun müxtəlif  qədim abidələri barəsində ətraflı çəklişlər aparılaraq film hazrlanıb. Film barəsində məlumat verən layihənin koordinatoru Vəsilə Möhsümova bildirib ki, dünyanın sürətlə inkişaf etdiyi, mədəniyyətlərin və dəyərlərin inteqrasiya etdiyi bir dövrdə yaşayırıq bu gün. Bu sürətli axının içərisində milli-mədəni dəyərlərimizi qoruyub saxlamaq, gələcəyə daşımaq ən müqəddəs və mühüm məqsədlərimizdən biri olmalıdır daima. Çünki bir milləti və dövləti var edən əsas amil onun tarixidir, mədəniyyətidir, dilidir. Bax bu üçlüyü özündə ehtiva edən möhtəşəm milli-mədəni dəyərlərimiz var- bunlar bizim tarixi abidələrimizdir. Hər daşı bir tarix ifadə edən sirli-sehirli və möhtəşəm abidələrimizdə millətimizin keçmişi vardır.

Tarixi qalalarımız sadəcə milli-mədəni abidə deyildir, həm də səbrimizdi, daş yaddaşımızdı, gücümüz, qüdrətimizdi. Torpaqlarının 20 faizi hələ də işğal altında olan bir xalq kimi bu gün bizim əsas hədəfimiz tariximizi, abidələrimizi tanımaq, sevmək və mühafizə etməkdir. Təşkilat tərfindən irəli sürülən bu layihə məhz bu amilləri hədəf götürmüşdür. Bu layihə çərçivəsində yetişən gənc nəsil arasında milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz, mədəniyyətimiz haqqında maarifləndirmə, təbliğ və təşviq olunması nəzərdə tutulur.

Film Gədəbəyin Mahı yaylağı, Şır-şır şəlaləri, Baş kənd gölü, Turş su, Şirzağa düşərgəsi, Buzxana mağarası- (Bu mağara öz unikallığı ilə digər mağaralardan çox fərqlənir. Çünki yayın qızmar aylarında mağarada bütünlüklə buz parçaları əmələ gəlir. Sərin fəsillərdə isə buzlar tamamı ilə əriyir), Haçaqaya təbiət abidəsi, Həmşivəng məbədi, Çarığvəng monastrı, Çaldaş kilsəsi, Qız qalası, Cavanşir qalası və ya el arasında deyilən Koroğlu qalası, Tülkütəpə qalaçası, Yalaşan qalaçası və sair tarixi əhəmiyyətli ərazilərdə çəkilib.

Diasporpress.az