Dünya

Talibanla danışıqlar apara bilərik – Ərdoğan

Talibanla danışıqlar apara bilərik – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyiniz kimi, bütün əsgərlərimizi Əfqanıstandan geri çəkdik. Əfqanıstanda hərbi varlığımız yoxdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Lakin Taliban bizimlə əməkdaşlıq edərsə, onlarla görüşməyimizə heç bir maneə yoxdur. Çünki Əfqanıstan xalqı çoxəsrlik tariximiz olan bir xalqdır. Rəhbərliklə də harmoniya olarsa, hər cür danışıqlar apara bilərik. Qapımız da buna açıqdır. Hazırda biz Kabil Hava Limanının təhlükəsizliyini təmin etmirik, amma gələcəkdə bu ola bilər”, – deyə Ərdoğan bildirib.