Dünya

Tacikistan hərbçiləri dinc sakinlərin evlərini atəşə tutub

Tacikistan hərbçiləri dinc sakinlərin evlərini atəşə tutubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan hərbçiləri Qırğız Republikasının sərhədyanı Arka kəndindəki mülki əhalinin yaşadığı evləri atəşə tutub.

Bu barədə Qırğızıstanın Sərhəd Xidməti bildirib.

Məlumata görə, atəşə tutulan kəndin sakinləri aprelin 29-da baş verən hadisədən sonra təxliyə edilib. Bildirilib ki, Tacikistanla sərhəddə vəziyyət gərgindir. Qırğızıstan sərhədçiləri müdafiə mövqeyi tutub.

Məlumata görə, Tacikistan tərəfi Qırğızıstanla sərhəddə əlavə hərbi qüvvə toplayır.

Qeyd edək ki, aprelin 28 və 29-da Tacikistan hərbçilərinin açdığı atəş nəticəsində Qırğızıstanın 163 vətəndaşı yaralanıb, 31-i ölüb. Qarşı tərəf isə 3 vətəndaşının öldüyünü bildirib.

 

 

İnterpress.az