Dünya

Şvartsneggerin oğlu doğum günündə rus polisi oldu – FOTO

Məşhur aktyor və siyasətçi Arnold Şvartsnegger özünün “Instagram”səhifəsində Rusiya DİN-nin zabitinin şinelini geyinmiş oğlu Kristoferlə şəklini paylaşıb.

Şvartsneggerin oğlu doğum günündə rus polisi oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor və siyasətçi Arnold Şvartsnegger özünün “Instagram”səhifəsində Rusiya DİN-nin zabitinin şinelini geyinmiş oğlu Kristoferlə şəklini paylaşıb.

Aktyor fotonun şərhində oğlunu doğum günü münasibəti ilə təbrik edib.

Onun postu dərhal rusiyalı istifadəçilərin diqqətini çəkib və qızğın müzakirələrə səbəb olub.

Aktyorun paylaşımına “Çiynindəki rus şevronudur”, “Oğlu artıq polkovnikə kimi qalxıb”, “Kristofer Rusiya polisinin mundirini geyinib, özü də polkovnik rütbəsində! Yəqin baba “Red Heat” (Arnold Şvartsnegger filmdə baş rolu ifa edib-red.) filmini xatırlayıb!” kimi şərhlər gəlib.

Bəzi istifadəçilər Kristoferin əynində Rusiyanın ağır atletika üzrə dəfələrlə çempionu olmuş Mixail Koklyayev tərəfindən bəxş edilən şinelin olduğunu təxmin ediblər.