Dünya

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşa – 270” Diaspor Gənclərinin III Yay Düşərgəsi layihəsinə start verilib.

52 ölkəni təmsil edən 116 nəfər düşərgə iştirakçısının təntənəli qarşılanma mərasimi Şuşa şəhərinin mərkəzində baş tutub.

Sonra Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

Xatırladaq ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Diaspor Gənclərinin III Yay Düşərgəsi avqustun 8-də başa çatacaq.