Suriyanın şimal-şərqində yerləşən Əl-Kamışlı şəhərinin sakinləri ölkələrini tərk edən ABŞ hərbçilərini daş və pomidor atəşinə tutublar.
Bu barədə AHNA məlumat yayıb.
Qeyd olunur ki, bununla onlar ABŞ-ın Türkiyənin hərbi əməliyyatına görə qoşunlarını çıxarma qərarına etirazlarını bildirirlər.
Qeyd edək ki, oktyabrın 13-də Pentaqon başçısı Mark Esper ABŞ-ın minə yaxın hərbçisini Türkiyənin əməliyyatlarına görə Suriyadan çıxarılacağını bildirmişdi. Lakin amerikalıların ölkədən çıxışı qaçmağa bənzəyib.
DiasporPress.az