Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 5 hərbçi yaralanıb.
DiasporPress.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.
Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib.
Qeyd edək ki, terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.
Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü tanıdığını və bu ölkədə terrorçuların dövlət qurmasına imkan verməyəcəyini bildirir.
Bu əməliyyatı ABŞ, Rusiya, Pakistan, İran, Qətər və başqa dövlətlər dəstəkləyir. Əməliyyatın 3-cü günüdə 277 terrorçu zərərsizləşdirilib.
DiasporPress.az