Suriyada prezident postuna namizədlərin adı AÇIQLANDI

Suriyada prezident postuna namizədlərin adı AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada baş tutacaq prezident seçkilərinə üç nəfər namizədliyini irəli sürüb.

Onlardan biri ölkənin hazırkı prezidenti Bəşər Əsəddi.

Diasporpress.az xəbər verir ki, bu haqda Suriyanın Ali Konstitusiya Məhkəməsinin nümayəndəsi bildirib. Qurumun qərarına görə, seçkilərdə Abdulla Abdulla, Mahmud Maraya və Bəşər Əsəd iştirak edə bilərlər. Digər ərizələr Konstitusiya və hüquq normalarına uyğun gəlmədiyi üçün rədd edilib.

Suriyada prezident seçkiləri mayın 26-da keçirilməlidir. Prezident seçkilərində iştirak etmək üçün 51 namizəd müraciət edib. Ölkə konstitusiyasına əsasən, seçkilərdə ən azı 35 deputatın dəstəklədiyi namizədlər iştirak edə bilər.

Mart ayında Suriyada prezident seçkilərində ölkənin bütün vətəndaşlarının səs verəcəyi bildirilmişdi. Seçkilərdə, həmçinin Dəməşqin nəzarət edə bilmədiyi ərazilərdə qalmış və SƏR-nı tərk etmiş vətəndaşların da iştirakı nəzərdə tutulub.

Bu qərar martın 16-da beş ölkənin- ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və İtaliyanın XİN rəhbərlərinin birgə bəyanatından sonra verilib. Bəyanatda istənilən siyasi prosesdə bütün suriyalıların iştirakı tələb olunduğu, əks halda səsvermənin qeyri-qanuni sayılacağı əks olunmuşdu.

 

Diasporpress.az