Sumqayıtda keçmiş məhkum mağazanı qarət edib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-nə keçən gecə şəhər ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Piriyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az