“Sumqayıtın giriş-çıxışlarında qurulan mobil postlar karantin qaydalarına nəzarəti həyata keçirir”.
Bunu DiasporPress.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, burada qeyri-adi heç bir məqam yoxdur:
“Bilirsiniz ki, ölkə ərazisində karantin rejimi davam edir. Mobil postlar isə şəhərin istənilən istiqamətində qurula bilər. Əməkdaşlar hərəkət iştirakçılarının icazələrinin olub-olmadığını yoxlayır. Hərəkətinə və fəaliyyətinə icazə verilən şəxslərin yerdəyişməsində heç bir məhdudiyyət yoxdur. Onlar sərbəst hərəkət edə bilirlər. Başqa heç bir məqam yoxdur”.