Ölkə

“Sülhməramlılar 300 kilometr məsafə qət ediblər” – VİDEO

“Sülhməramlılar 300 kilometr məsafə qət ediblər” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları Ermənistanın Qoris şəhərinə çatıblar. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rusiyalı sülhməramlılar Erebuni aerodromundan 300 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, dünən Rusiya sülhməramlılarını daşıyan daha səkkiz təyyarə Ermənistana eniş edib.

Xatırladaq ki,  noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan birgə bəyanat imzalayıblar. /Oxu.az

Diasporpress.az