Diaspor

Soydaşımız Tbilisidə keçirilən yarışda ikinci yeri qazandı

Soydaşımız Tbilisidə keçirilən yarışda ikinci yeri qazandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi şəhərində “Powerlifting” idmanının “Bench-press” növü üzrə keçirilən yarışda Elizbar Məmmədov ikinci yeri qazanıb.

Diasporpress.az xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda Elizbar Məmmədov 93 kq çəki dərəcəsində mübarizə aparıb və 130 kq ağırlığın öhdəsindən gələrək ikinci yeri qazanıb. O, yarışa “Rustavi çempionlar komandası”nın adından qatılıb.

Qeyd edək ki, Elizbar Məmmədov əslən Bolnisi rayonunun Sənəb kəndindəndir. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetininin ibtidai sinif müəllimliyini bitirib. 5 ildir ki, həvəskar idmanla və “Powerlifting” idmanının “Bench-press” növü ilə məşğul olur. Elizbar Məmmədov 2020-ci və 2021-ci illərdə 24News Tv internet televiziyasının “Gəncin yolu” və “Sosial Eksperiment” verilişlərinin aparıcısı olub.